Azərbaycana gəlmək uğrunda Braziliya – Argentina oyunu
19.03.2012 - 11:18
17 yaşadək qızlar arasında Cənubi Amerika çempionatında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu il Azərbaycanda keçiriləcək dünya çempionatına seçmə xarakteri daşıyan yarışın yarımfinal cütlərinin tərkibi müəyyənləşib.
Boliviyada keçirilən yarışın ən güclü 4 komandası sırasına sonuncu vəsiqəni Argentina qazanıb. Meydan sahiblərini 4:3 hesabı ilə məğlub edən Lionel Messinin həmyerliləri A qrupunda 2-ci olublar. Qrup qalibi adını son tur ərəfəsində təmin edən Uruqvay isə Perudan üstün olub – 3:1.
Beləliklə, yarımfinalda Braziliya Argentina ilə, Kolumbiya isə Uruqvayla qarşılaşacaq. Bu matçların qalibləri finala yüksəlməklə yanaşı, Azərbaycandakı mundialda da oynamaq hüququ qazanacaq. Dünya çempionatına 3-cü vəsiqə isə 3-cü yer uğrunda oyunun qalibinə qismət olacaq.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0