Rizvan Fərzəliyev: UEFA haqqımda haqsız qərar çıxarıb
19.03.2012 - 19:00
Azərbaycan futzal yığmasının liderlərindən olan Rizvan Fərzəliyev UEFA-nın haqqında çıxardığı düzgün saymır. Təcrübəli oyunçu apasport.az saytına açıqlamasında qitə futbol qurumunun Nəzarət və İntizam Komitəsinin tərəfindən 3 oyunluq cəzalandırılmağını ağır qərar hesab edir: “Qərarı çox ədalətsiz sayıram. Çünki məni heç nədən 3 oyunluq cəzalandırdılar. Qərarda belə göstərilib ki, fevralda Zaqrebdə Avropa çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – Serbiya oyunundan sonra matçın rəsmi şəxsinə qarşı aqressiv davranmışam. Ancaq əslində bu, belə deyil. Serbiya ilə oyunda bizə qarşı çox sərt davrandılar. Bu qərarla bizə qarşı şəxsi qərəzlik, haqsızlıq oldu”.
Qeyd edək ki, Rizvan millimizin Rusiya yığmasının dünya çempionatının pley-off mərhələsindəki hər 2 oyunu buraxmalı olacaq.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, Rizvan millimizin Rusiya yığmasının dünya çempionatının pley-off mərhələsindəki hər 2 oyunu buraxmalı olacaq.
Mehman SÜLEYMANOV
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0