“Xəzər Lənkəran” həmin oyunun revanşını almalıdır”
23.03.2012 - 00:00
“Altılığ”ın hər bir oyunu vacibdir. Bu səbəbdən komandamız həmin qarşılaşmaya ciddi hazırlaşır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Premyer Liqanın növbəti turu əzəli rəqiblərin növbəti dueli ilə yadda qalacaq ki, “ağ-yaşıllar” paytaxtda “Neftçi” klubunun qonağı olacaq. Nadirovun sözlərinə görə, azarkeşlərin böyük həsrətlə gözlədiyi bu qarşılaşma eyni zamanda, həm məşqçilər korpusu, həm də futbolçular üçün böyük maraq kəsb edir: “Bildiyiniz kimi, axırıncı dəfə “Neftçi”yə 0:5 hesabı ilə uduzduq. “Xəzər Lənkəran” bir növ həmin oyunun revanşını almalıdır”.
Hazırda 44 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan cənub təmsilçisi “ağ-qaralar”dan 8 xal geri qalır. Buna baxmayaraq, Nadirov mübarizənin sonacan gedəcəyini düşünür: “Bizdən öndəki komandalardan “Qarabağ”la 1, “İnter”lə 4, “Neftçi” ilə 8 xal fərqimiz var və onların hamısı ilə oyunlarımız qalıb. Liderlə hələ 2 görüşümüz var. Vaxt olub ki, “Xəzər Lənkəran” hamıdan 9 xal irəlidə gedib, ancaq sonda çempion ola bilməyib. Bu, futboldur və onun marağı, gözəlliyi ondadır ki, çempionatın sonunun necə olacağını heç kim bilə bilməz. Əsas məsələ odur ki, “Xəzər Lənkəran” heç nəyə baxmayaraq, öz prinsipləri, proqramı əsasında irəliyə doğru hərəkət edir”.
Qeyd edək ki, “Neftçi” - “Xəzər Lənkəran” matçı martın 24-də keçiriləcək.
Mehman SÜLEYMANOV

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0