Yığmamız üçün yeni format
23.03.2012 - 12:00
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin formatı dəyişdiriləcək. Apasport.az saytının məlumatına görə, UEFA Avro-2014-dən etibarən seçmə mərhələnin 1 ölkədə keçirilən mini-turnirlərdən ibarət olmamasını istəyir.
Final mərhələsi Belçikada baş tutacaq yarışa gedən yol yenə 2 hissədən – təsnifat və seçmə mərhələdən ibarət olacaq. Azərbaycan milli komandasının da qatılacağı seçmə mərhələdə mübarizə aparacaq 28 komanda hər birində 4 iştirakçı olan 7 qrupa bölünəcək. Lakin bu dəfə hər qrup 1 ölkəyə toplaşmayacaq, ev-səfər prinsipi ilə dairəvi sistemlə oynayacaq. Qrup qalibləri birbaşa Belçikaya vəsiqə qazanacaqlar. 2-ci yerin sahibləri və ən yaxşı göstəriciyə malik 3-cü yeri tutmuş komanda isə pley-offun 4 cütünü təşkil edəcək. Bu 4 cütün qalibi də final mərhələsinə yüksələcək.
Qeyd edək ki. UEFA həmçinin Avro-2016-nın Serbiyada keçirlməsinə qərar verib.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0