Mişel Platini Azərbaycanı deyil, Türkiyəni dəstəkləyir
23.03.2012 - 13:36
“Türkiyənin 2016-cı ildə keçiriləcək Avropa çempionatını qəbul etmək üçün namizədliyi çox güclü idi. Düşünürəm ki, 2020-ci ildə bu, daha güclü olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA prezidenti Mişel Platini deyib.
Avropa futbol qurumunun rəhbəri Avro-2020-yə ev sahibliyi etmək iddiasında olan Türkiyəni dəstəklədiyini açıqlayıb. Bununla da o, Gürcüstanla birlikdə yarışa təşkilatçılıq etmək istəyən Azərbaycanın əsas rəqiblərindən birinin tərəfində olduğunu bildirib: “Türkiyənin qitə çempionatını qəbul etməsində yalnız 1 problem var. İstanbul 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi etməyə də namizəddir. Bir ildə 2 mötəbər yarışı qəbul etmək 1 ölkə üçün çox çətin olar. Lakin Olimpiada İstanbulda keçirilməsə mən Türkiyəni dəstəkləyəcəyəm. Düşünürəm ki. bu ölkə Avropa çempionatının final mərhələsini qəbul etməlidir”.
Qeyd edək ki, Azərbaycan/Gürcüstan və Türkiyədən başqa Albaniya/Yunanıstan, Bolqarıstan/Rumıniya, Norveç/Danimarka/Finlandiya/İsveç, İrlandiya/Uels/Şotlandiya, Bosniya və Herseqovina/Serbiya/Xorvatiya, Çexiya/Slovakiya da Avro-2020-yə təşkilatçılıq etmək arzusundadır.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0