Misir futbolunda növbəti qarşıdurma: 1 ölü
24.03.2012 - 10:31
Misirin Port-Səid şəhərində yerli “Əl-Məsri” futbol klubunun azarkeşləri ilə polislər arasında toqquşma baş verib. Lent.az-ın məlumatına görə, fanatlar Misir Futbol Assosiasiyasının kluba qarşı tətbiq etdiyi cəzalardan narazılıqlarını ifadə ediblər.
Qarşıdurmada 1 nəfər çiynindən aldığı güllədən ölüb, 18 nəfər yaralanıb. Yaralılardan 2-nə güllə dəyib.
Qeyd edək ki, federasiya “Əl-Məsri”ni 2 il müddətinə diskvalifikasiya edib. Klub Misir çempionatındakı yaxın 4 ev oyununu azarkeşsiz keçirəcək. Portuqaliyalı baş məşqçi Joze Manuel isə 4 oyun cəza və 5 min funt cəriməyə məruz qalıb. Belə sərt tədbirlər fevralın 1-də Port-Səiddə “Əl-Məsri” ilə “Əl-Əhli” arasında keçirilmiş oyundan sonra baş verən toqquşma nəticəsində 70-dən çox insanın ölümü, yüzlərlə fanatın yaralanması ilə əlaqədar görülüb.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0