Azərbaycana gələcək 7 milli komanda bəllidir
25.03.2012 - 16:40
Bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin iştirakçılarının yarısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın meydan sahibi kimi birbaşa qatılacağı yarışda Asiyadan Çin, Şimali Koreya, Yaponiya, Cənubi Amerikadan Braziliya, Uruqvay, Afrikadan Qana, Nigeriya vəsiqə qazanıb. Sonuncu vəsiqəni qazanan olan nigeriyalılar Zambiyanı 2 oyunun nəticəsinə görə 7:1 hesabı ilə məğlub edərək, məqsədinə çatıb. Cənubi Amerikadan daha bir təmsilçisi Kolumbiya, yaxud Argentina olacaq. CONCACAF və Okeaniya zonasında seçmə mərhələ oyunları sonra keçiriləcək.
Qeyd edək ki, ölkəmizdə oyunlar sentyabrın 22-dək oktyabrın 13-dək keçiriləcək.
Qeyd edək ki, ölkəmizdə oyunlar sentyabrın 22-dək oktyabrın 13-dək keçiriləcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0