Yığmamızdan ardıcıl 2-ci qələbə
25.03.2012 - 17:44
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-17) AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da ikinci yoldaşlıq oyununu bu gün keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı Nikolay Adamın çalışdırdığı yığmamız “Qarabağ”ın 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandasına 3:1 hesabı ilə qalib gəlib. Yığmamızdan Ülvi İbazadə, Qazıməhəmməd Qurbanov və İqbal Veysəlli qolların müəllifləri olub.
Qeyd edək ki, U-17 martın 24-də keçirdiyi yoldaşlıq oyununda “Neftçi”nin 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandasına 2:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, U-17 martın 24-də keçirdiyi yoldaşlıq oyununda “Neftçi”nin 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandasına 2:0 hesabı ilə qalib gəlmişdi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0