Meydan sahiblərindən çətin qələbə, qonaqlardan darmadağın
27.03.2012 - 09:19
Bu il Tailandda keçiriləcək futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə pley-off matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, mundiala 7 vəsiqə uğrunda baş tutacaq eyni sayda cütlərdən 4-də ilk oyunlar baş tutub. Portuqaliya Belarus, İspaniya Slovakiya ilə səfər matçlarında müvafiq olaraq 7:1 və 4:0 hesablı qələbələrlə cütün taleyini demək olar ki, artıq indidən həll edib. Sloveniya – Çexiya (2:0) və Macarıstan – Serbiya (1:0) görüşlərində isə meydan sahibləri çətin qələbə qazandığından mundial iştirakçısının adına cavab görüşü aydınlıq gətirəcək.
Qeyd edək ki, bu gün Azərbaycan – Rusiya, Rumıniya – Ukrayna, sabah isə Norveç – İtaliya matçı keçiriləcək. Cavab oyunları isə aprelin 8-11-də baş tutacaq.
Qeyd edək ki, bu gün Azərbaycan – Rusiya, Rumıniya – Ukrayna, sabah isə Norveç – İtaliya matçı keçiriləcək. Cavab oyunları isə aprelin 8-11-də baş tutacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0