AFFA “Neftçi”ni cəzalandırdı
27.03.2012 - 13:18
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer liqanın XXV turunun oyunlarında baş verənlər də müzakirə olunub.
“Qəbələ” ilə matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə üzündən meydandan qovulan “İnter”in futbolçusu Xəyal Mustafayev 1 oyunluq cəzalanıb və klubu 200 manat cərimə olunub. “Turan” – “Rəvan” qarşılaşmasının 73-cü dəqiqəsində ikinci sarı vərəqə üzündən qonaqları azlıqda qoyan Taqim Novruzovun da cəzası eyni olub.
“Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunda baş verənlər də cəzasız qalmayıb. Matçın 85-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrin istifadə edilməsi bakılılara 1000 manata başa gəlib.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0