Azərbaycan yığmasına qarşı 10 futbolçu
28.03.2012 - 14:52
21 yaşadək futbolçulardan ibarət Finlandiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 4-də Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək suomilərin baş məşqçisi mika Laurikaynen qarşılaşma üçün açıqladığı heyətə cəmi 10 futbolçu daxil edib. Bunlar qapıçı Valter Viitala, sahə oyunçuları Tapio Heykkila, Yuso Simpanen, Duarte Tammilehto, Tim Vayrinen (hamısı “Honka”), Samu Nieminen (HİK), Sami Rasanen, Atte Hoyvala (hər ikisi “Kuopio Palloseura”), Petteri Forsell (“Mariehamn”) və Yaakko Lepoladır (“Lahti”).
Finlandiya yığmasının qarşılaşmaya heç start heyətinin də düzəlmədiyi sayda – 10 futbolçu çağırması səbəbsiz deyil. Belə ki, Laurikaynen Liqa kubokunun yarımfinal mərhələsinin başa çatmasını gözləyir. Bundan sonra o, daha 8 oyunçuya dəvət göndərəcək.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0