Devid Hili: Azərbaycan yığması səbirsizliklə gözlədiyim rəqibdir
29.03.2012 - 15:00
“Yalnız ona ümid edirəm ki, 2014-cü il dünya çempionatının seçmə mərhələsi başlayan vaxt insanlar hər şeyə real gözlə baxacaq və bizdən möcüzə tələb etməyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya milli komandasının futbolçusu Devid Hili deyib.
Şotlandiyanın “Reyncers” klubunda çıxış edən hücumçu sentyabrda start götürəcək DÇ-2014-ün Avropa zonası üzrə seçmə mərhələsi haqda fikirlərini açıqlayıb: “Qrupumuzda Portuqaliya və Rusiya kimi 2 möhtəşəm komanda var. Elə zirvə uğrunda mübarizəni də onlar öz aralarında aparacaq. Sonra gələn İsrail də layiqli komandadır. Azərbaycan yığması isə asan yem olmayacaq, əksinə, bizim üçün əsl sınaq olacaq. Amma bu, o rəqibdir ki, mən onu səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Azərbaycan və Şimali İrlandiya yığmaları arasında ilk oyun bu ilin noyabrın 14-də Belfastda keçiriləcək.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0