Dieqo Forlan yenə “Qalatasaray” yolunda
30.03.2012 - 15:08
Uruqvay milli komandasının lideri Dieqo Forlan yenə “Qalatasaray”ın maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubunun hücumçusunun yay transfer dövründə İstanbul təmsilçisinə keçəcəyi gözlənilir. Ötən yay Madrid “Atletiko”dan “İnter”ə keçən Forlan uğursuz mövsüm keçirir. Bu da əsasən zədə üzündən oynamağı, qayıdandan sonra yaxşı formada olmamağı ilə bağlıdır. 32 yaşlı hücumçu “İnter”in heyətində keçirdiyi 17 oyunda 2 qol vurub. Ona İspaniyanın “Malaqa” klubu da heyətində görmək istəyir.
Qeyd edək ki, Forlan ötən il də “Qalatasaray”ın maraq dairəsində olsa da, keçidi sonda baş tutmadı.
Qeyd edək ki, Forlan ötən il də “Qalatasaray”ın maraq dairəsində olsa da, keçidi sonda baş tutmadı.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0