“Onlardan xahiş etdim ki, mənə az qol vursunlar”
31.03.2012 - 16:30
Futbol üzrə Rumıniya çempionatında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, 4-cü liqanın lideri “Feqeraş” komandası autsayder “İzvorul”la qarşılaşmada 33:0 hesabı ilə qalib gəlib.
Lakin oyunun qeyri-adiliyi təkcə hesabda olmayıb. Belə ki, qonaq komanda görüşə cəmi 8 futbolçu ilə başlayıb. Matçın 25-ci dəqiqəsində hesab 9:0 olarkən autsayderin digər 3 futbolçusu da özünü ora yetirib.
Matçın 71-ci dəqiqəsində butsu cırılıb ayaqyalın qalan qapıçı Florin Mokanu isə rəqib futbolçularına yalvarmağa başlayıb. “Feqeraş” üzvləri öz köhnə butslarından birinə qapıçıya versə də amansız olublar: “Hesab 20:0 olanda onlardan xahiş etdim ki, bir az az qol vursunlar. Lakin onlar mənə məhəl qoymayıb elə qol vurmaqda davam edirdi”.
Qeyd edək ki, 1-ci hissədə 17, fasilədən sonra 16 qol vuran “Feqeraş”ın ən amansız oyunçusu Nikolae Neamtu olub. O, matç ərzində 10 qol vurub.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0