AZAL bütün məşqçilərini istefaya göndərdi
02.04.2012 - 15:35
Bu gün AZAL rəhbərliyi ilə məşqçilər korpusu arasında görüş keçirilib. Apasport.az saytının xəbərinə görə, görüşdə baş məşqçi Rafiq Mirzəyev və onun köməkçiləri komandadan getmək istədiklərini rəhbərliyə çatdırıblar.
Hələ ölkə kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə martın 28-dəki cavab oyunundan sonra komandanı tərk etmək istəyən çalışdırıcılar komandanı çətin vəziyyətdə qoymamaq üçün dünənki matçı da yola verməyə razı olublar. Zaqatalada “Simurq” üzərində 2:1 hesablı qələbədən sonra isə onlar komandadan qalib kimi ayrılmaq qərarına gəliblər.
Belə ki, onlar rəsmi ərizə ilə müraciət edərək tutduqları vəzifədən istefa verdiyini bildiriblər. Klub rəhbərliyi isə onların istefasını qəbul edib. AZAL-ı mövsümün qarşıdakı oyunlarına kimin çıxaracağı isə yaxın günlərdə məlum olacaq.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0