UEFA-dan irqçiliyə qarşı 20 min avro cərimə
04.04.2012 - 17:53
UEFA İntizam Komitəsi Portuqaliyanın “Portu” klubunu 20 min avro cərimələyib. Lent.az-ın məlumatına görə, buna “Portu” azarkeşlərinin İngiltərənin “Mançester Siti” komandası ilə fevralın 16-da keçirilmiş Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşündə irqçi şüarlar səsləndirmələri səbəb olub. Fanatlar rəqib komandanın futbolçusu Mario Balotellini hədəfə alıblar. Azarkeşlərin bu hərəkəti qarşılığında “Mançester Siti” UEFA-ya şikayət edib. “Portu” İntizam Komitəsinin qərarından 3 gün ərzində apellyasiya verə bilər.
Qeyd edək ki, Mario Balotellinin təhqir olunduğu görüş “Mançester Siti”nin qələbəsi ilə yekunlaşıb – 2:1.
Qeyd edək ki, Mario Balotellinin təhqir olunduğu görüş “Mançester Siti”nin qələbəsi ilə yekunlaşıb – 2:1.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0