Futbolçu meydançadaca həbs olundu - FOTO
07.04.2012 - 14:18
Braziliyanın Amazonas ştatının çempionatında qeyri-adi və futbolda az rast gəlinən hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Sao Raymundo” – “İranduba” klublarının görüşündə futbolçu hakimi döyməyə cəhd etdiyi üçün elə meydançada da həbs olunub.
Belə ki, çempionatın V turu çərçivəsində keçirilən görüşün II hissəsində ədalət təmsilçisi Joao Batista Brito qonaqların oyunçusu Derlana ikinci sarı vərəqəni göstərib. Lakin futbolçu referinin qərarından narazı qalaraq, yumruqlarını “işə” salıb. Hakimi döyməyə cəhd edən oyunçunu xeyli vaxt ədalət təmsilçisindən ayırmaq mümkün olmayıb. Nəticədə buna yalnız polis əməkdaşları nail olublar. Onlar futbolçunu elə yerindəcə həbs ediblər.
Qeyd edək ki, Derlanın bu hərəkətinə görə rəhbərlik əvvəl onu 1 aylıq diskvalifikasiya etmək qərarına gəlib, lakin sonradan ştatın futbol federasiyası bu müddətin 2 ilə qədər artırılması tələbini irəli sürüb.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0