Ronaldo “Barselona”nı finalda görür
07.04.2012 - 23:24
Braziliyanın əfsanəvi futbolçusu Ronaldo Çempionlar Liqasının yarımfinalında mübarizə aparacaq komandaların şanslarını dəyərləndirib. Apasport.az saytının xəbərinə görə, "ESPN Brazil"ə danışan Ronaldo finalda sabiq komandaları olan "Real" və "Barselona"nın üz-üzə gələcəyini bildirib.
"Həm "Real", həm də "Bavariya" yüksək səviyyəli oyun nümayiş etdirir. Buna görə də yarımfinal matçının gərgin keçəcəyini söyləyə bilərəm. Ancaq finala "Real"ın çıxacağını düşünürəm. Hazırda İspaniyada maliyyə böhranı olmasına baxmayaraq, "Real" və "Barselona" digər komandalardan daha zəngindi. Ona görə də düşünürəm ki, finalda məhz bu iki komanda qarşılaşacaq" – deyə, Ronaldo əlavə edib.
Qeyd edək ki, Ronaldo "Barselona" forması ilə 49 oyunda 47, "Real"da çıxış etdiyi 177 görüşdə 104 qola imza atıb.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0