39 ildən sonra
08.04.2012 - 10:49
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi ölkə çempionatının “Saraqosa” ilə səfər oyununda dubla imza atmaqla 2011/12 mövsümündə vurduğu qolların sayını 60-a çatdırıb. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu son 39 ildə heç kimə nəsib olmayan nailiyyətə imza atıb. Belə ki, bir mövsümdə ən azı 60 qol vurulması sonuncu dəfə 1972/73 mövsümündə yaşanmışdı. Həmin vaxt Almaniya “Bavariya”sında çıxış edən Herd Müller 60-dan çox - 67 qol vurmuşdu. Lakin Messi mövsümün sonunadək keçirəcəyi oyunlarda bu rekordu yeniləyə də bilər.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0