Qəbələdən Zaqatalayadək
26.11.2012 - 09:50
Bakının “İnter” klubunun Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə avqustun 10-da baş tutan II turun “Qəbələ” ilə səfər oyununda uduzan Kaxaber Sxadadzenin yetirmələri bu dəfə “Simurq”la Zaqataladakı qarşılaşmada xalsız qalıblar.
Hər 2 səfər məğlubiyyəti 0:1 hesabı ilə olan bakılılar 10 matç uduzmadıqdan sonra buna üzülüblər. Bu isə mövsümün rekordudur. 106 gündən sonra meydanı məğlub tərk edən “İnter” XIV turda uduzduğu “Simurq”un rekordunu qırmışdı. Zaqatalalılar 8 oyun uduzmadıqdan sonra məhz “İnter”lə oyunda dayanmışdısa, indi də rəqibini saxladı. Bu həm də “Simurq”un “İnter” üzərində ölkə çempionatları tarixində ilk qələbəsi oldu.
Qeyd edək ki, mövsümün 3-cü məğlubiyyətsiz oyunlar seriyası AZAL-a məxsusdur – 6 matç.

- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
- Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü
- “Marsel” Genesionu göndərmək istəsə də, "əli-qolu bağlıdır"
- “Valensiya”da yeni baş məşqçi – Xavyer Aqirre yenidən İspaniyada
0
0