Sabiqlər oynadı, Elhad Nəziri onlara baxdı
26.11.2012 - 10:45
Azərbaycan milli komandasının daha bir futbolçusunun legioner karyerasında uğursuzluq yaranıb. Apasport.az saytının məlumatına görə, millimizdə debütünü Şimali İrlandiya yığması ilə son oyunda gerçəkləşdirən müdafiəçi Elhad Nəziri Moldova çempionatının son hesabat turunda da ehtiyatda qalıb.
Bu, onun komandası “Milsami”nin “Zimbru” ilə qolsuz heç-heçəyə razılaşdığı oyun idi. Əvəzində Nəzirinin komanda yoldaşları olan AZAL və “Xəzər Lənkəran”ın sabiq futbolçuları – Georgi Boqyu ilə Bruno Simao 90 dəqiqə meydanda olub.
Maraq üçün qeyd edək ki, yayda Kamran Ağayevin əvəzləyicisi kimi Lənkəranda baxışda olan, ancaq maddi məsələlərə görə transferi baş tutmayan qapıçı Nikolay Kalança “Zimbru”nun qapısını qoruyub. “İnter”in sabiq yarımmüdafiəçisi Oleq Şişkin isə 63 dəqiqə meydanda olub. 37 yaşlı futbolçu “Zimbru”nun kapitanıdır.
Qeyd edək ki, 5-ci yerdə olan “Milsami”nin hesabında 28 xal var.

- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
- Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü
- “Marsel” Genesionu göndərmək istəsə də, "əli-qolu bağlıdır"
- “Valensiya”da yeni baş məşqçi – Xavyer Aqirre yenidən İspaniyada
0
0