“İnter” - “Aalen” oyununun vaxtı bilindi
26.12.2012 - 11:25
II Bundesliqa təmsilçisi “Aalen”in “İnter”lə Antalyada keçirəcəyi yoxlama oyununun dəqiq vaxtına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, hazırda çempionatda 5-ci sırada olan “Aalen” yanvarın 10-dan 18-dək Bələkdə 1 həftəlik hazırlıq keçəcək.
Bu müddətdə “Aalen” Hollandiyanın AZ, Almaniyanın “Karlsrue” klubları ilə yanaşı, Bakı “İnter”i ilə də yoxlama oyunu keçirəcək. Almanların təmsilçimizlə görüşü isə yanvarın 17-nə planlaşdırılıb. Qarşılaşma saat 15:00-da başlayacaq.
Qeyd edək ki, “İnter” yanvarın 11-dən fevralın 4-dək Antalyada olacaq. “Bankirlər” bu komanda ilə yoxlama oyunu keçirəcəklərini təsdiqləməsə də, “Aalen”in rəsmi saytı bu matçı komandanın hazırlıq planına daxil edib.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0