Pepe: Məni hələ də qatil adlandırırlar
27.12.2012 - 04:43
“Real”ın müdafiəçisi Pepe İspaniya La Liqasında çıxış edən portuqaliyalı futbolçuların üzərində böyük təzyiqin olduğunu bildirib. Apasport.az saytının “Record”a istinad məlumatına görə, Pepe bunun üçün futbolla vidalaşmaq istədiyini də vurğulayıb.
Həmçinin o, Mourinyo və Ronaldo haqda da açıqlama verib:
“İndi turnir cədvəlinə baxanda istədiyimiz mövqedə qərarlaşmamışıq. Hazırda işlərimiz yaxşı getmir. Madrid klubunda müəyyən problemlər var. Açığını deyim, İspaniyada portuqaliyalı futbolçular üzərində təzyiq çoxdur. Mövsümün sonunda Mourinyo və Ronaldonun komandadan ayrılacağı gündəmdədir. Təbii ki, bu, onların öz fikridir. Lakin hər ikisi “Real”ı tərk etsə, mən də onlarla birgə getməyəcəyəm. Getsəm də vətənimdə “Portu”da çıxış etmək istəyərdim. Burada mənim elə anlarım olub ki, futbolla vidalaşam. Hansı ki, Kasquyero ilə bağlı məsələsindən sonra bütün dünyanın diqqəti mənə yönəlmişdir. Hələ də məni qatil adlandırırlar. Elə o vaxtlarda futboldan bir dəfəlik uzaqlaşmaq istədim".

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0