2012-ci ilin rəmzi “11-liy”i
27.12.2012 - 09:56
2012-ci ilin rəmzi yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın məşhur “Marka” qəzeti 70 min respondentin qatıldığı səsvermə ilə “11-liy”ə aydınlıq gətirib. Heyətdə İspaniya çempionatında çıxış edən 10 futbolçu yer alıb. Yalnız Almaniya “Bavariya”sı rəmzi komandada ispan klubları ilə birlikdə təmsil olunub.
İlin yığmasının qapıçısı İker Kasilyas olub. İspaniya millisi və “Real”ın üzvü 74,6 fazi səslə ora daxil olub. Müdafiə xəttində Filip Lam (Almaniya, “Bavariya”) 10,9, Xerard Pike 12,5, Xordi Alba (hər ikisi İspaniya, “Barselona”) 19, Serxio Ramos (İspaniya, “Real”) 20,2 faiz səs toplayıb.
Yarımmüdafiəçilərdən Xabi Alonso (İspaniya, “Real”) 11,8, Xavi Ernandes 22,4, Andres İnyesta (hər ikisi İspaniya, “Barselona”) 29,5 faiz səs toplamağı bacarıb. 3 hücumçunun yer aldığı ön xətdə Lionel Messi (Argentina, “Barselona”) 30,3, Falkao (Kolumbiya, “Atletiko”) 27,4, Kriştianu Ronaldo (Portuqaliya, “Real”) 20,3 səslərin faizini qazanıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0