Gedənlərin siyahısında Cavid Hüseynovun adı yoxdur
27.12.2012 - 10:04
Türkiyənin “Adana Dəmirspor” klubundan gedənlərin siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mustafa Uğur klub rəhbərliyinə komandadan ayrılması və transfer olunması gərəkən hesabat təqdim edib.
Nəticədə məlum olub ki, Adana təmsilçisi hücumçu Engin Məmişlər, yarımmüdafiəçilər Bilal Çubukçu, İrfan Başaran və qapıçı Əmrə Selenlə yollarını ayıracaq. Onların yerinə isə klubun “Kasımpaşa”dan 2, “Antalyaspor”dan 1 futbolçunu almaq istədiyi mətbuata sızan informasiyalar arasındadır.
Qeyd edək ki, millimizin yarımmüdafiəçisi Cavid Hüseynovun da komandada qalıb-qalmayacağı sual altındadır. Futbolçu hazırda klubun Adanadakı düşərgəsində məşqlərdə iştirak edir.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0