“Transfer etmək istədiyimiz hücumçular arasında Ballo var”
27.12.2012 - 11:25
“Hələlik yoxlama oyunlarında qarşılaşacağımız komandalar bəlli deyil. Təşkilatçılardan xəbər gözləyirik”. Bu sözləri apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
Komanda üzvləri istirahətə buraxılsa da, “Qəbələ”dən kimlərin gedəcəyi bilinmir. Daha doğrusu, klub rəhbərliyi ilə məşqçilər heyəti arasında nəzərdə tutulan görüş hələ baş tutmayıb. Ancaq “Qəbələ”nin hansı futbolçulara göz dikdiyi artıq tədricən müəyyənləşir. Bunlardan biri hazırda “Turan”a məxsus olan malili hücumçu Salif Ballodur.
Elə “Qəbələ” tərəfi də onunla maraqlandıqlarını təkzib etmir. Əzizov bu futbolçunun komandanın hücum xəttinə güc qata biləcəklərini düşünür: “Transfer etmək istədiyimiz hücumçular arasında Ballo var. Ancaq şəxsən bu futbolçuya görə “Turan”a rəsmi şəkildə müraciət etməmişik. Ballonun xidmətini bizə meneceri təklif edib. Biz də demişik ki, bu futbolçunu almaqda maraqlıyıq. Ancaq bu hələ şifahi söhbət formasında qalıb. Ölkə xaricindən almaq istədiyimiz hücumçular da var”.
Qeyd edək ki, Ballo cari çempionatda məhsuldarlığı ilə seçilir. 24 yaşlı hücumçu 7 qol vurub və bombardirlər siyahısında 3-cü sıradadır.
Səbuhi TOFİQOĞLU

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0