Falkao “Atletiko”nun prezidentinə minnətdardır
28.12.2012 - 02:55
“Çelsi”nin heyətində görmək istədiyi Madrid “Atletiko”sunun futbolçusu Radamel Falkao karyerası ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, kolumbiyalı hücumçu mövsümün sonuna qədər komandadan ayrılmayacağını vurğulayıb.
Həmçinin Falkao onu “zadəganlar”a satmayan klubun prezidenti Enrike Kerezoya da təşəkkürlərini bildirib:
“Mən komandanın prezidenti Enrike Kerezonun məni burada necə saxlamaq istədiyinin şahidi oluram. Ona minnətdaram ki, məni transfer etmədi. Şükürlər olsun ki, komandamız son oyunlarda yaxşı çıxış edib və bu yerlərə qədər gəlmişik. Mövsümün sonuna qədər isə “Atletiko”nu tərk etməyəcəyəm”.
Qeyd edək ki, “Çelsi” “Barselona”nın forvardı David Vilyanı da icarəyə götürmək üçün hazırlıqlara başlayıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0