“Şalke” müdafiəsini gənc futbolçu ilə gücləndirir
28.12.2012 - 05:23
Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la qarşılaşacaq “Şalke” heyətini “Mayns”da çıxış edən müdafiəçi ilə gücləndirməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, gelzenkirxenlilər Yan Kirkhoffla 2016-cı ilə qədər müqavilə bağlamağa yaxındılar.
Belə ki, dizindən ciddi zədələnən Kiryakos Papadopoulosa layiqli əvəzləyici kimi transfer etməyə hazırlaşan “Şalke” 22 yaşlı futbolçunu yanvar ayında heyətinə qatacaq. Kirkhoffun özü ilə məsələni həll edən “Cim-Bom”un rəqibi, “Mayns”dan xəbər gözləyir. Çünki gənc oyunçunun hazırkı komandası ilə mövsümün sonuna qədər müqaviləsi var.
Qeyd edək ki, Yan Kirkhoff bu il Almaniya U-21 milli komandasına çağırılıb. O, 17 matçda forma geyinib və 3 qola imza atıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0