Azərbaycan çempionu əfv olunmağını gözləyir
28.12.2012 - 09:43
Azərbaycan çempionu olan tanınmış gürcü futbolçu Georgi Demetradze yeni il həbsxanada keçirməli olacaq. Apasport.az saytının məlumatına görə, 2009-cu ildə “Bakı”nın heyətində milli çempionatımızın qalibi olan 36 yaşlı hücumçu ölkəsinin prezidenti Mixail Saakaşvilinin əfv fərmanını gözləyir.
Siyasi məhbuslar arasında olan futbolçunun azadlığı çıxarılmağı yeni ildən sonraya qalıb. Halbuki Demetradze bildirib ki, amnistiyaya düşən kimi dekabrın 12-də azad olunmalı idi. Ancaq hələ oktyabrda Saakaşvilinin bağışlayaraq, cəzasını 2 dəfə azaltdığı Demetradze həbsxanadan çıxa bilmir.
2010-da tutularaq, 2011-nin martında əmlakı müsadirə olunmaqla 6 illik həbs cəzası alan Georginin bağışlanmağı ilə bağlı Gürcüstanın tanınmış futbolçuları Kaxa Kaladze ilə Şota Arveladze ölkə rəhbərliyinə müraciət etmişdi. Bu ilin sentyabrında Kaladzenin üzvü olduğu “Gürcü arzusu” partiyası hakimiyyətə gələndən sonra futbolçunun cəzasının yüngülləşdirilməyinə nail olunub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0