Klubsuz futbolçu: Mənimlə Bakıdan əlaqə saxlamışdılar
29.12.2012 - 12:59
“Mənə Azərbaycandan təklif olub”. Apasport.az saytının məlumatına görə, bunu hazırda heç bir kluba məxsus olmayan belçikalı yarımmüdafiəçi Kun Darden deyib.
Belçikanın regional “Het Belanq van Limburq” qəzetinə açıqlama verən 30 yaşlı futbolçu Hollandiyanın “Villem II” klubuna keçə bilməməsindən danışıb. Darden açıqlamasında ekzotik ölkələrdən də təklif aldığını, bunların arasında ölkəmizin də olduğunu bildirib: “Mənim Kipr, Yunanıstan komandaları ilə danışıqlarım olub. Hətta mənimlə Bakıdan da əlaqə saxlamışdılar”.
Qeyd edək ki, Belçika yığmasının sabiq futbolçusu Darden karyerası boyu ölkəsinin “Genk”, “Brügge”, “Standard” klublarında oynayıb. Ötən mövsümBelçikanın “Sent-Trüden” klubunda icarə əsasında çıxış edən futbolçu yayda hər hansı bir komandaya keçə bilməyib.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0