“Kamran Ağayevin “Xəzər Lənkəran”dan asılılığı var”
29.12.2012 - 16:16
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan millisinin qapıçısı Kamran Ağayevi sərəncamında görmək istəyir. 54 yaşlı çalışdırıcı apasport.az saytına açıqlamasında bildirib ki, qış fasiləsində serbiyalı Saşa Stamenkoviçə rəqabət yarada biləcək qapıçı almağı planlaşdırırlar: “Kamranı komandamızda görmək istəyərəm. Ancaq bu gün heç kim zəmanət verə bilməz ki, o, yüz faiz gələcək. Kamran Ağayevin “Xəzər Lənkəran”dan asılılığı var. Onu yaxşı qapıçı olduğuna görə almaq istərdim”.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0