Kanales Çilidə də fərqləndi
30.12.2012 - 13:04
Çilidə 2012-ci ilin ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, il ərzində yığma və klublardakı bütün yarışlarda ən çox qol vuran 10 oyunçu arasında Bakının “Neftçi” klubunun futbolçusu Nikolas Kanales də yer alıb.
Çilinin “Palestino” komandasında 5, Azərbaycan çempionunun heyətində 18 qol vuran 27 yaşlı forvard siyahıda 2-ci yerə şərikdir. Kanales tanınmış həmyerlisi – hazırda Meksika “Monterrey”ində çıxış edən Umberto Suaso ilə eyni göstəriciyə malikdir. Onlar yalnız Patrisio Rubiodan 5 top geri qalır. Sonuncu “Barnecea”da 16, “Union Espanyol”da 12 qol vurub.
Qeyd edək ki, Çilinin 2-ci bombardiri olan Kanalües “Neftçi”dəki 18 qoldan 15-ni Topaz Premyer Liqası, 1-ni Çempionlar Liqasının təsnifat mərhələsi, 2-ni Avropa Liqasında vurub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0