Rakitiç sabiq məşqçisinin yanına yollanır
31.12.2012 - 04:59
La Liqa təmsilçisi “Seviliya”nın yarımmüdafiəçisi İvan Rakitiçə Rusiya klubundan təklif gəlib. Apasport.az saytının Rusiya mətbuatına istinad məlumatına görə, xorvatiyalı futbolçunu Moskva “Spartak”ı transfer etmək niyyətindədir.
Sözügedən komandanın baş məşqçisi Slaven Biliç daha öncə Xorvatiya milli komandasında işlədiyi zaman yetirməsi olan 24 yaşlı oyunçunu, tezliklə sərəncamında görmək istəyir. Artıq ispan klubu Rakitiç üçün moskvalılardan 10 milyon avro təzminat haqqı da tələb edib. “Spartak” rəhbərliyi bununla razılaşdığı təqdirdə isə İvan yanvar ayından etibarən onların formasını geyinəcək.
Qeyd edək ki, Rakitiç 2011-ci ildən “Seviliya”da çıxış edir. O, 49 qarşılaşmada meydana çıxıb və 5 dəfə rəqib qapıçılarını məyus etməyi bacarıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0