Azərbaycandan daha bir futbolçu “Dənizlispor”a getdi
04.01.2013 - 12:56
Azərbaycan millisinin sabiq futbolçusu Arif İsayev karyerasını ölkə xaricində davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, mövsümün ilk dövrəsini AZAL-da oynayan yarımmüdafiəçi Türkiyənin “Dənizlispor” klubuna baxışa yollanıb.
Dənizli təmsilçisinin rəsmi saytı İsayevin Bakı komandası ilə müqaviləsini qarşılıqlı şəkildə pozduğunu və yeni ildən klublarında oynamaq şansının yüksək olduğunu bildirib. Ariflə bağlı son qərarı isə “Dənizlispor”un məşqçilər korpusunun bugünlərdə verəcəyi gözlənilir.
Qeyd edək ki, millimizin sabiq müdafiəçisi Rail Məlikov da bu klubun şərəfini qoruyur.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0