Rossi rəsmən “Fiorentina”da
05.01.2013 - 04:52
“Fiorentina” heyətini yeni hücumçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Florensiya klubu “Vilyareal”ın forvardı Cüzeppe Rossi ilə anlaşıb.
Sağ dizindən iki dəfə zədələnən 25 yaşlı oyunçu son olaraq 16 oktyabr 2011-ci ildə “Vilyareal”ın formasını geyinmişdir. Mart ayında meydana çıxması gözlənilən Rossi tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə müqavilə bağlayacaq. Lakin onun transfer dəyəri açıqlanmayıb.
Qeyd edək ki, ABŞ-da dünyaya gələn Cüzeppe Rossi daha öncə “Mançester Yunayted” (2005-2007), “Nyukasl” (2006-2007), “Parma” (2007), kimi klubların heyətində çıxış edib. İtaliya milli komandasının da formasını geyinən hücumçu, son klubu “Vilyareal”da 136 matçda meydana çıxıb və 54 dəfə rəqib qapılarından qol keçirib.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0