“Beşiktaş” heyətini gücləndirdi
05.01.2013 - 23:57
“Beşiktaş” qışda ikinci transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “qara-qartallar” “İstanbul BB”un son cinah müdafiəçisi Gökhan Süzənlə anlaşıb. Artıq tərəflər arasında razılıq əldə olunub və futbolçu ilə gələn həftə müqavilə bağlanacaq.
Bu barədə Türkiyə mətbuatına müsahibəsində “İstanbul BB”un prezidenti Çağatay Kalkancı bildirib. O, “Beşiktaş” rəhbərliyi ilə məsələni həll edib, müdafiəçi üçün 1 milyon 100 min avro təzminat haqqı aldıqlarını vurğulayıb:
“Süzənin transferi ilə bağlı “Beşiktaş”ın prezidenti Fikrət Ormanla razılaşdıq. Bazar ertəsi bütün hər şey həll olunacaq. Bundan sonra Gökhan “qara-qartallar”ın formasını geyinəcək. Onların futbolçu ilə necə razılaşdığını isə bilmirəm. Müdafiəçi üçün “Beşiktaş” bizə 1 milyon 100 min avro təzminat haqqı ödəyib”.
Qeyd edək ki, Gökhan Süzən 2006-cı ildən “İstanbul BB”un heyətində çıxış edir. O, 84 oyunda meydana çıxıb və 2 qola imza atıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0