“Neftçi”nin hədəfindəki çexiyalı
07.01.2013 - 12:48
“Neftçi” klubunun transfer siyahısında yer alan futbolçulardan birinin adı məlum olub. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi Çexiya millisinin müdafiəçisi Martin Latka ilə danışıqlar aparır.
Hazırda vətəni “Slaviya”da forma geyinən 28 yaşlı futbolçuya “Neftçi” ilə yanaşı, daha 3 klub maraq göstərir. Bunlar “Levski” (Bolqarıstan), “Auqsburq” (Almaniyan) və Xorvatiyanın “Dinamo” komandasıdır. Ucaboy futbolçu 2005-ci ildə Çexiyanın ən perspektivli oyunçusu seçilib.
Qeyd edək ki, 193 sm boya malik mərkəz müdafiəçisi “Slaviya” ilə yanaşı, Çexiyanın “Çeşke Budeyevitse”, Yunanıstanın “Panionios”, İngiltərənin “Birmingem” klublarının şərəfini qoruyub.
Çexiyanın gənclər yığmasında 25 oyuna 1 qol vuran Latka ötən il əsas yığmada da debüt edib və həmin matç hələlik yeganədir.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0