Ufuk Budakın komandası “Ştutqart”a uduzdu
07.01.2013 - 17:32
Milli komandamızın müdafiəçisi Ufuk Budakın çıxış etdiyi “Əskişəhirspor” Antalyada ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “EsEs” Bundesliqa təmsilçisi “Ştutqart”la gücünü sınayıb.
Almanlar artıq ilk yarıda səviyyələrini ortaya qoyub. 10 və 11-ci dəqiqədə yaponiyalı hücumçu Sindzi Okadzakinin dublu “Ştutqart”ın qələbəsi üçün yetərli olub. Seneqallı forvard Dyomansi Kamaranın qolu da vəziyyəti dəyişməyib. Beləliklə, Ufukun komandası 1:2 hesablı yenilgi ilə üzləşib.
Qeyd edək ki, Ufuk Budak zədəsini yenicə sağaltdığından, hələlik kollektiv məşqlərdə iştirak etmir. O, yalnız fərdi şəkildə qaçışlarla kifayətlənir. Ufuk “Kempinski Hotel”in meydançasında baş tutan bu görüşü tribunadan izləyib.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0