Cavid Hüseynov “Qaziantep BB”yə qarşı oynayacaq
08.01.2013 - 12:03
Milli komandamızın yarımmüdafiəçisi Cavid Hüseynov “Adana Dəmirspor”la Antalyadakı hazırlıqlarda iştirakını davam etdirir. Apasport.az saytının məlumatına görə, “Konyaspor”la yoxlama oyununda qalib gələn (1:0) Adana təmsilçisinin növbəti rəqibinin adına aydınlıq gəlib.
Bu, iki gün öncə Cihan Özkaralı “Sivasspor”un 4:2 hesabı ilə qalib gəldiyi “Qaziantep BB” olacaq. Qaziantep klubu ilə qarşılaşmanın yanvarın 10-da baş tutması razılaşdırılıb. Bu oyundan iki gün sonra isə Cavidi “Ankaragücü” ilə yoxlama matçı gözləyir.
Qeyd edək ki, “Konyaspor”la oyunda Cavid Hüseynov 90 dəqiqə meydanda olmuşdu.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0