Polşalı futbolçu Azərbaycanda oynamaqdan imtina etdi
08.01.2013 - 12:48
Polşa millisinin futbolçusu Pyotr Çeleban Azərbaycan klubundan aldığı təklifi rədd edib. Apasport.az saytının məlumatına görə, Rumıniyanın “Vaslui” klubunda oynayan 27 yaşlı müdafiəçi gələcək karyerası ilə bağlı qərarını verib.
Adını açıqlamadığı klubumuzdan da təklif alan Çeleban Almaniyaya üz tutmağı məqsədəuyğun sayıb. O, artıq II Bundesliqa təmsilçisi “Fortuna”ya keçməyə yaxındır. Futbolçunun Almaniya klubuna üstünlük verməsi onun daha güclü çempionatda oynamaq istəyi ilə bağlıdır.
Qeyd edək ki, vətənində “Poqon”, “Korona” və “Şlensk”də oynamış Çeleban Polşa yığmasında 5 oyun keçirib.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0