“Qəbələ”dən növbəti transfer - FOTO
08.01.2013 - 13:06
“Qəbələ” növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, bölgə klubu Ceyhun Sultanovun ardından daha bir yerli futbolçunun keçidini həll edib.
Müqaviləsi başa çatdığı üçün komandadan göndərilmiş Elmar Baxşiyevin yerinə baş məşqçi Ramiz Məmmədov Amit Quluzadəni sərəncamında görmək istəyib. Artıq gənc yarımmüdafiəçi dünəndən komanda ilə birgə Mingəçevirdəki hazırlıqlarda iştirak edir. Futbolçunun yalnız keçidinin rəsmiləşməsi qalıb ki, bu da yaxın günlərdə həllini tapacaq. Onunla 1,5 illik müqavilə bağlanacağı gözlənilir.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Amit Quluzadə yayda “Ərciyəsspor”u tərk etdikdən sonra Bəhmən Həsənovun dəvəti ilə “Rəvan”a keçmişdi. Ancaq Kemal Alispahiçin gəlişindən sonra heyətə düşməkdə çətinlik çəkən Amit bu klubla müqaviləsini vaxtında erkən pozmuşdu.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0