Adrian Pit Berti Foqtsdan təklif gözləyir
08.01.2013 - 16:12
“Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Pit Azərbaycan yığmasında oynamaq istəyir. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi vətənində verdiyi müsahibədə milliləşdirilərək, yığmamıza cəlb olunmağı variantından danışıb.
Pit bildirib ki, millimizin almaniyalı baş məşqçisi Berti Foqtsdan təklif gözləyir: “Qaydaya görə, bir ölkənin vətəndaşlığını alıb, yığmada çıxış etmək üçün 5 il oynamalısan. Mən 2 ildir Azərbaycandayam. Əgər mənə belə imkan təklif olunsa, buna “yox” demərəm”.
Qeyd edək ki, Adrian heç vaxt Rumıniyanın əsas yığmasında oynamayıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0