Rauf Əliyev: İddialı kluba keçirəm
08.01.2013 - 18:05
Azərbaycan millisinin futbolçusu Rauf Əliyev klubunu dəyişir. Bu barədə apasport.az saytına 24 yaşlı hücumçunun özü məlumat verir. O bildirib ki, xeyli vaxtdır şərəfini qoruduğu “Qarabağ” klubu ilə yollarını ayırıb.
Əliyev Ağdam təmsilçisi ilə sabah Antalyaya təlim-məşq toplanışına yollanmayacağını söyləyib: “Ötən yay “Qarabağ”dan getməmişdim. Sadəcə, onda başqa kluba transfer söhbəti vardı. Ancaq indi gedişim dəqiqdir. “Qarabağ” rəhbərliyi ilə söhbətim olub və gedişimi razılaşdırmışam. Əslində, belə qərar verməyimdə ciddi bir səbəb yoxdur. Sadəcə, belə alındı. Hər bir işdə xeyir var”.
Raufun “Qarabağ”la cari mövsümün sonuna kimi müqaviləsi olduğundan, sərbəst futbolçu kimi başqa kluba keçə bilməz. Ötən yay “Xəzər Lənkəran”a keçidi gündəmdə olan futbolçu ilə bu dəfə “Qəbələ” və “Bakı” ciddi maraqlanır. “Bəli, iddialı klublardan təklif almışam. Karyeramı harada davam etdirəcəyim 1-2 günə bilinəcək. Onda “Qarabağ”la müqavilə məsələsini razılaşdıracağıq. Hələ dəqiq bir şey deyə bilmərəm. İnşallah, 1-2 günə məsələlərə tam aydınlıq gələcək”.
Qeyd edək ki, Rauf karyerasını yetirməsi olduğu “Qarabağ”da keçirib.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0