“Neftçi” ilə bağlı səhv aradan qaldırıldı
09.01.2013 - 09:21
Qış fasiləsində Bakının “Neftçi” klubu ilə yoldaşlıq oyunu keçirəcəyini iddia edən Rusiyanın “Krasnodar” komandasının rəsmi internet saytı səhvini düzəldib. Apasport.az-ın xəbərinə görə, krasnodarlılar BƏƏ toplanışı çərçivəsində yanvarın 24-də Azərbaycan çempionu ilə görüşəcəkləri haqda məlumata düzəliş edib. Rəsmi xəbərdə qeyd olunub ki, artıq dəqiqləşdirilmiş məlumata əsasən Əbu-Dabidəki ilk rəqibi Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi”dir.
Bu yanlışlığın aradan qaldırılmasında isə apasport.az saytının rolu olub. Belə ki, məhz saytımız krasnodarlıların belə bir məlumat yaydığını üzə çıxarmışdı. Bundan sonra “Neftçi” rəsmiləri rusiyalılara məlumatın yanlış olduğunu çatdırıb. “Krasnodar”ın rəsmi saytındakı səhv də bundan sonra düzəldilib.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0