“Qarabağ”da ispaniyalı futbolçu
18.01.2013 - 23:00
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, hazırlığın növbəti günündə komandaya yeni futbolçu qoşulub. 1990-cı il təvəllüdlü Manuel Bleda Rodriqez İspaniyadan gəlib.
185 sm boya malik olan forvard “Levante”nin yetirməsidir. Bu gün məşqə çıxan 22 yaşlı hücumçu haqqında sabah baş tutacaq “Ural”la yoxlama oyunundan sonra qərar veriləcək.
Qeyd edək ki, “Qarabağ”ın “Ural”la qarşılaşması Ağdam klubunun məskunlaşdığı “İC Santai” otelinin futbol meydançasında baş tutacaq. Görüş yerli vaxtla 17:00-a başlayacaq.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0