Sadio Tounkara “Xəzər Lənkəran”a qoşuldu
19.01.2013 - 16:13
Antalyada təlim-məşq toplanışı keçirən "Xəzər Lənkəran"ın düşərgəsinə daha 2 futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, ilk gündən klubun hazırlıqlarına qatılmayan Sadio Tounkara və Kazım Kazımlı artıq məşq proseslərində iştirak edir. Bu gün hər 2 futbolçu komandanın məskunlaşdığı “Ela Quality Resort” otelinə çatıb.
Sadionun toplanışa gecikməsi onun Mali millisinin düşərgəsinə çağırılması ilə bağlı idi. Kazım isə şəxsi problemlərlə əlaqədar üzrlü səbəbdən bir qədər gecikmiş olub. Bununla da “Xəzər Lənkəran”ın düşərgəsində olan futbolçuların sayı 19-a çatdı.
Mənbə: lankaranfc.com

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0