Afrika Millətlər Kubokunun açılışında qol olmadı
19.01.2013 - 22:37
Bu gün Afrika Millətlər Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, CAR-da keçirilən turnirin açılış oyunu Yohannesburq şəhərinin “Soccer Siti” stadionunda reallaşıb.
Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşmada ilk olaraq A qrupunun iştirakçıları - CAR-la Kabo-Verde (Yaşıl Burun Adaları Respublikası) yığmaları münasibətlərinə aydınlıq gətirib. 50 min azarkeşin izlədiyi görüş qarşılıqlı hücumlar şəraitində keçib. Lakin 90 dəqiqə ərzində tərələr tablodakı rəqəmləri dəyişə bilməyib. Matç 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, CAR millisi növbəti oyununu yanvarın 23-də Anqolaya qarşı keçirəcək. Kabo-Verde (Yaşıl Burun Adaları Respublikası) isə həmin gün Mərakeşlə üz-üzə gələcək.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0