Branimir Subaşiç “Qarabağ”da
22.01.2013 - 05:49
“Qarabağ” qış transfer pəncərəsində transferə doymur. Apasport.az saytının məlumatına görə, artıq Elvin Musazadə, Kristian Torresi sıralarına qatan komanda daha bir keçidi həll edib.
Azərbaycana gəlmiş ən güclü qoleadorlardan sayılan Branimir Subaşiç artıq Ağdam klubunun uğurları üçün tər tökəcək. Azərbaycan millisinin də şərəfini qoruyan “Bane” artıq “Qarabağ”ın düşərgəsinə qoşularaq ilk məşqinə də çıxıb.
Subaşiç Ağdam təmsilçisinin saytına keçid və hədəfləri haqqında danışıb: ”Artıq neçə illərdir Azərbaycanda oynayıram. Özümü burda əcnəbi saymıram. “Qarabağ”ı da elə yaxşı tanıyıram. Demək olar ki, əksər futbolçularla tanışam. Komandada məni çox yaxşı qarşıladılar. “Qarabağ”ın sistemi, məqsədi hər şeyi bəllidir. Əla kollektiv var. Futbol oynamaq üçün bütün şərtlər var. Bilirəm ki, cari mövsüm komandanın hədəfi çempionluqdur. Bura oynamağa və komandaya fayda verməyə gəlmişəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, mövsümün sonunda çempionluğu bayram edəcəyik”.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0