"Barselona" kapitanı ilə müqaviləsinin müddətini uzatdı
23.01.2013 - 01:10
"Barselona" təcrübəli müdafiəçisi Karles Puyolla yenidən müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçu Kataloniya klubunda 2016-cı ilin iyul ayına qədər çıxış edəcək.
Tərəflər müqavilənin imzalanacağını hələ dekabrda razılaşdırmışdılar. Ötən gün isə Puyol klubun prezidenti Sandro Rosellə bir araya gələrək müqaviləni yeniləyib.
Qeyd edək ki, Karles Puyol "Barselona"nın yetirməsidir. O, bu klubun heyətində 570 rəsmi oyunda meydana çıxıb və 15 qola imza atıb.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0