Georgi Çixradze: Rəqibi əks-hücumda tutmaq istəyirdik
09.02.2013 - 21:38
“Hər iki komandaya xallar lazım idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib. Gürcüstanlı çalışdırıcı Topaz Premyer Liqasının 19-cu turunda AZAL-la (1:1) qarşılaşmadan sonra mətbuat konfransı keçirib.
O, komandasının sona qədər mübarizə apardığını vurğulayıb: “Çətin oyun oldu. Oyunumuzu müdafiədən qurduq, rəqibi əks-hücumda tutmaq istəyirdik. Futbolçumuzun qırmızı vərəqə alması işimizi çətinləşdirdi. Lakin komanda sona kimi mübarizə apardı. Bizim üçün hər oyun vacibdir. Yeni transfer Buşiç komandaya gec qoşuldu, tam uyğunlaşandan sonra daha yaxşı oynayacağına inanıram”.

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0